Növbəti iki idmançımız DÇ-2023-də uğursuzluq tilsimini qıra biləcək?

Növbəti iki idmançımız DÇ-2023-də uğursuzluq tilsimini qıra biləcək?

Azərbaycan yığmasının taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Minayə Əkbərovanın (46 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, gənclər arasında Avropa çempionu Səyyad Dadaşov 1/16 finaldan başlayacaq və Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə qarşılaşacaq.

İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Minayə Əkbərova da debüt görüşünə 1/16 finaldan start verəcək və rəqibi Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) duelinin qalibi olacaq.

İndiyədək milli komandamızın 7 taekvondoçusu mübarizə aparıb və hamısı uğursuz olub. Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (65 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ümidləri doğrultmayıblar.

DÇ iyunun 4-də başa çatacaq.