Millinin üzvləri əməliyyat olunublar
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri əməliyyat olunublar.
Mediasport.az xəbər verir ki, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyevdə akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
Məmmədəliyeva 16-20 həftə (təxminən 4-5 ay), Nəcəfov 12 həftə (təxminən 3 ay), Hacıyev 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıda bilərlər.