Millimiz yenə məğlub olub

Millimiz yenə məğlub olub

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə uduzub.

U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivinə qarşı keçirəcək.

Millimiz ilk matçında Belarusun U-18 komandasına məğlub olub - 0:2.