İsveçrə klubu Dadaşovla müqaviləni yeniləyib icarəyə verdi

İsveçrə klubu Dadaşovla müqaviləni yeniləyib icarəyə verdi

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun karyerasını Türkiyə Superliqasında davam etdirəcəyini xəbər vermişdik.

Mediasport.az saytının məlumatına görə, 24 yaşlı forvard bu gün "Hatayspor"la müqavilə bağlamaq üçün tibbi müayinədən keçib.

Türkiyə klubunun yaydığı xəbər görə, futbolçumuz yoxlanışdan uğurla çıxıb.

Superliqaya "Qrasshopper" klubundan gələn Dadaşov burada mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. İsveçrə klubu yığmamızın üzvü ilə müqaviləni 2025-ci ilin yayına qədər uzadıb.