Estoniya yığması Bakıya ciddi itkilərlə gəlir: 8 futbolçu olmayacaq - SİYAHI

Estoniya yığması Bakıya ciddi itkilərlə gəlir: 8 futbolçu olmayacaq - SİYAHI

Futbol üzrə AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində iyunun 17-də Azərbaycan yığmasının qonağı olacaq Estoniya milli komandası Bakıya ciddi itkilərlə yollanacaq.

mediasport.az xəbər verir ki, Tomas Haberlinin baş məşqçisi olduğu kollektivin 8 futbolçusu ölkəmizə gəlməyəcək.

7 oyunçu - Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Marko Lipp, Ken Kallaste, Henrik Pyurq və Markus Soomets səhhətində yaranmış problemə, Tamm Yonas isə şəxsi məsələlərinə görə ölkəmizdə olmayacaq.

"F" qrupunun görüşü "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da başlanacaq.