Türkiyə Superliqası: Şahruddinin komandası üçün növbəti ev sınağı

Türkiyə Superliqası: Şahruddinin komandası üçün növbəti ev sınağı

Türkiyə Superliqasında 32-ci turun qarşılaşmaları keçirilir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 görüş baş tutacaq.

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası "Adana Dəmirspor" evdə "Kayserispor"u qəbul edəcək.

Adana klubu yarışın turnir cədvəlində 39 xalla 11-ci, Kayseri təmsilçisi isə 36 xalla 13-cü sırada qərarlaşıb.

Türkiyə Superliqası. 32-ci tur

13 aprel

"Kasımpaşa" - "Konyaspor"

"Ankaragücü" - "Qaziantepspor"

"Adana Dəmirspor" - "Kayserispor"

"Beşiktaş" - "Samsunspor"