De Byazi son siyahını açıqladı: bu futbolçular kənar qaldı
UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Slovakiya ilə səfərdə keçiriləcək oyun üçün Azərbaycan millisinin 23 nəfərlik yekun heyəti müəyyənləşib. MediaSport.az xəbər verir ki, baş məşqçi Canni de Byazi yığmaya çağırdığı 26 futbolçudan üçünü bu heyətə daxil etməyib.
Mahir Əmrəlinin cəzalı olduğu üçün heyətdən kənar qalacağı gözlənilən idi. Mahir ən yaxşı halda Qazaxıstanla Bakıdakı görüşdə forma geyinə biləcək. İtaliyalı mütəxəssisin xidmətinə ehtiyac duymadığı digər oyunçular isə "Zirə"də çıxış edən Rüstəm Əhmədzadə ilə Qismət Alıyevdir.
Qapıçılar: 1.Emil Balayev, 12.Şahruddin Məhəmmədəliyev, 23.Səlahət Ağayev;
Müdafiəçilər: 2.Amin Seydiyev, 3.Elvin Cəfərquliyev, 4.Bəhlul Mustafazadə, 5.Cəlal Hüseynov, 6.Höccət Haqverdi, 13.Abbas Hüseynov, 15.Bədavi Hüseynov, 16.Anton Krivotsyuk, 17.Toral Bayramov;
Yarımmüdafiəçilər: 7.Anatoli Nuriyev, 8.Emin Mahmudov, 14.Eddi İsrafilov, 16.Elvin Camalov, 19.Filip Ozobiç, 20.Riçard Almeyda, 21.Ozan Can Kökçü, 22.Aleksey İsayev;
Hücumçular: 9.Renat Dadaşov, 10.Musa Qurbanlı, 11.Ramil Şeydayev.
Bu axşam Trnavada oynanılacaq Slovakiya - Azərbaycan qarşılaşması Bakı vaxtilə saat 22:45-də start götürəcək.