Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək MDB Oyunları üçün heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov komandaya 14 futzalçı dəvət edib.

Onlardan 2-si qapıçı, 12-si isə meydan oyunçusudur:

Qapıçılar: Əli Quliyev, Sadiq Əlizadə;

Oyunçular: Sunay Həsənov, Qüdrət Qasımzadə, Fərid Abbasov, Rüfət Məmmədli, İlham Əliyev, Şahbaz Həmdəmli, Kərim Babayev, Orxan Babayev, Nüsrət Fərzəli, Ayxan Məmmədli, Bəyoğlan Vəlizadə, Elşən Mahmudov.

Qeyd edək ki, U-19 yığması turnir çərçivəsində avqustun 7-də Belarus, 8-də Qırğızıstan, 9-da isə Özbəkistanla qarşılaşacaq. Rusiya ilə son matç avqustun 11-nə təsadüf edəcək.