Yığmamız Bosniya və Herseqovina ilə oyunların hazırlıqlarına başladı

 Yığmamız Bosniya və Herseqovina ilə oyunların hazırlıqlarına başladı

Noyabrın 4-5-də Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi məşqlərə start verib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Vitali Borisov 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçıya dəvət göndərib.

Bu gün keçirilən məşqdə futzalçılar əsas taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək.

Ertəsi gün komandamız Bosniya və Herseqovinaya yola düşəcək.

Oyunlar Seniça şəhərində Huseyn Smayloviç adına idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bu, millimizin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəyi son yoldaşlıq oyunları olacaq.