Millimizin lideri 3-cü dəfə Macarıstan Kubokunun qalibi oldu

Millimizin lideri 3-cü dəfə Macarıstan Kubokunun qalibi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.

mediasport.az xəbər verir ki, blokçunun çıxış etdiyi "Vaşaş" finalda "Bekeşçaba" ilə qarşılaşıb.

Rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə məğlub edən "Vaşaş" kuboku başı üzərinə qaldırıb. Ayşən bu görüşdı 14 xalla yadda qalıb.

Yığmamızın lideri beləcə 3-cü dəfə Macarıstan Kubokunda qızıl medal əldə edib.