Bakı klubunda yeni müqavilə
"Azərreyl" voleybol klubu kapitan Aynur İmanova ilə müqaviləni yeniləyib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü qarşıdakı mövsümün sonunadək "dəmiryolçular"ın formasını geyinəcək.
36 yaşlı təcrübəli voleybolçu 2022-ci ildən hazırkı ölkə çempionunun heyətində çıxış edir.