Hacıqabul və Şirvan düşərgəsindən 20 voleybolçu qız seçilib
Azərbaycan Voleybol Federasiyasının ilk dəfə paytaxtdan kənarda təşkil etdiyi “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə yekun vurulub.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, sentyabrın 12-də Hacıqabulda baş tutan düşərgəyə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edib.
Düşərgədə Hacıqabuldan və Şirvandan seçilmiş 20 nəfər (2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü) voleybolçu qız iştirak edib.
Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan və dörd gün davam edən düşərgədə uşaqlara voleybolun incəlikləri öyrədilib.