Yüksək Liqa: Qadınların yarışında pley-offun cütləri müəyyənləşib
Qadınlardan ibarət voleybolçular arasında Azərbaycan Yüksək Liqasının ilkin mərhələsi yekunlaşıb.
Mediasport.az xəbər verir ki, 20-ci turun qarşılaşmalarından sonra turnir cədvəlində ilk dörd pillədə qərarlaşan "Azərreyl", "Abşeron", "Murov Az Terminal", "Gəncə" pley-offa vəsiqəni təmin ediblər. "Milli Aviasiya Akademiyası" və UNEC mübarizəni dayandırıblar.
Yarımfinalda çempionatın lideri "Azərreyl" 4-cü yerin sahibi "Gəncə" ilə görüşəcək. Digər yarımfinal matçı isə "Abşeron" (2-ci yer) və "Murov Az Terminal" (3-cü yer) kollektivləri arasında baş tutacaq.
Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi "qızıl set"də müəyyənləşəcək.
Azərbaycan Yüksək Liqası. 20-ci tur
9 aprel
"Abşeron" - "Azərreyl" 3:1 (22:25, 25:19, 25:13, 25:20)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
"Murov Az Terminal" - "Gəncə" 1:3 (25:17, 19:25, 22:25, 29:31)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
"Milli Aviasiya Akademiyası" - UNEC 3:0 (25:12, 25:10, 25:18)
UNEC-in idman zalı.