"Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən" - Berdıyev
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 8-ci turunun "Şamaxı" ilə matçından sonra (2:2) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.
Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var idi?
- Roderik Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik.
Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?
- Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.
Komandanın enişdə olduğunu demək olar?
- Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.