"Bu, "Turan Tovuz"a qarşı çıxış edən hər komanda üçün problemdir"
"Neftçi"nin vingeri Kenni Sayef Azərbaycan Premyer Liqasının 7-ci turunun "Turan Tovuz" səfəri ilə bağlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi klub televiziyasına açıqlamasında onları Tovuzda çətin oyunun gözlədiyini deyib.
Sayef deyib ki, səfərə qalib gəlmək və üç xalı qazanmaq üçün yollanıblar: "Bütün diqqətimizi bu görüşə yönəltmişik. Hamımız oyuna tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıq".
O, Tovuz şəhər stadionunun ot örtüyünün süni olması barədə bunları deyib: "Bu, "Turan Tovuz"a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni meydanda oynamaq asan deyil. Amma inanıram ki, meydana çıxacaq hər bir oyunçu işinin öhdəsindən layiqincə gələcək. Çünki biz "Neftçi"də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq".
Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu saat 16:00-da başlanacaq.