"Turan Tovuz"da yeni müqavilə

"Turan Tovuz"da yeni müqavilə

"Turan Tovuz" klubu futbolçusu Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.

Mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son iki mövsümü Tovuz təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

26 yaşlı futbolçu qərb təmsilçisinin heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.