"Zirə" 4-də 4 etdi, "Səbail" mövsümdə ilk qələbəsini qazandı

"Zirə" 4-də 4 etdi, "Səbail" mövsümdə ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tur çərçivəsində daha iki oyun keçirilib.

Mediasport.az xəbər verir ki, qarşılaşmalardan ilki bölgədə baş tutub.

Mövsümə yaxşı başlayan iddialı "Turan Tovuz" doğma meydanda cari mövsümdə ilk oyununda "Səbail"lə üz-üzə gəlib və "dənizçilər" cari liqada birinci qələbələrini qazanıblar.

Digər matç isə Zirədə baş tutub 

3 turdan sonra Premyer Liqanın vahid lideri "Zirə" doğma azarkeşləri qarşısında "Sabah"ı da məğlub edərək vahid liderliyini azı növbəti tura qədər sürdürmək imkanı qazanıb.


Azərbaycan Premyer Liqası. 4-cü tur


"Turan Tovuz" – "Səbail" 1:3

Qollar: Roderik Miller, 84 - Ramalinqom, 5, Yusif Nəbiyev, 62, Ağabala Ramazanov, 90.

Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu, 17:00


"Zirə" – "Sabah" 1:0

Qol: Kulaç, 3.

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Zirə İdman Kompleksinin stadionu, 19:30