Monteneqro millisinin daha bir üzvü Azərbaycanda oynayacaq
"Sumqayıt" monteneqrolu futbolçu Miloş Miloviçi transfer edib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
O, "gənclik şəhəri" təmsilçisinin heyətində 95 nömrəli formanı geyinəcək.
Miloş Monteneqro millisinin heyətində debütünü 11 noyabr 2020-ci ildə Qazaxıstanla yoldaşlıq matçında edib.
Miloviçin yığmanın heyətində keçirdiyi 4 qarşılaşmanın hamısı yoldaşlıq görüşlərində gerçəkləşib.
"Sumqayıt" bu keçidə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.
Xatırladaq ki, Monteneqro yığmasının digər üzvləri - Marko Yankoviçlə Marko Veşoviç "Qarabağ"da, Edvin Kuç isə "Neftçi"də forma geyinir.