Növbəti dəfə xalı silinən Premyer Liqa klubu düşmə zolağında
İngiltərə Premyer Liqa təmsilçisi "Everton" növbəti dəfə sanksiyaya məruz qalıb.
Mediasport.az xəbər verir ki, maliyyə qaydalarına əməl etməyən klubun hesabından daha 2 xal silinib.
"Everton" hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 16-cı pillədə qərarlaşıb.
Şon Dayçın baş məşqçisi olduğu kollektiv liqanı tərk etmək zonasında olan klublardan cəmi 2 xal öndədir.
Qeyd edək ki, "Everton"un ötən ilin noyabrında da 10 xaldan məhrum edilmişdi.