Dünyanın ən yaşlı futbolçusu 2025-ci ildə "Atletiko" klubuna qayıdacaq

  Dünyanın ən yaşlı futbolçusu 2025-ci ildə "Atletiko" klubuna qayıdacaq

Dünyanın ən yaşlı futbolçusu Kazuyoşi Miura icarə əsasında oynadığı "Atletiko Suzuka"da qalacaq.

Mediasport.az xəbər verir ki, 57 yaşlı hücumçu müqavilə ilə "Yokohama" klubuna məxsusdur.

O, gələn ilin yanvarında "Atletiko Suzuka"ya qayıdacaq.

Miura bu il 11 rəsmi matçda meydana çıxıb. Futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.