Milli üzvündən ŞOK etiraf: Mərc oyunlarında iştirakını açıqlayıb

Milli üzvündən ŞOK etiraf: Mərc oyunlarında iştirakını açıqlayıb

İtaliya yığması və “Nyukasl”ın futbolçusu Sandro Tonali şok açıqlama verərək mərc oyunları ilə məşğul olduğunu etiraf edib.

Mediasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi sabiq klubu “Milan”ın oyunlarına pul qoyuluşları etdiyini deyib.

Tonalinin dedikləri rəsmiləşsə, onu futboldan azı 1 illik uzaqlaşdırılma cəzası gözləyir.

Onunla yanaşı, millidən komanda yoldaşı Nikolo Zaniolo da qanunsuz mərc oyunlarında iştirak etməkdə ittiham olunur.

İtaliya mətbuatı Sandronun qumar asılılığından qurtulması üçün müalicə alacağını qeyd edir.