Almaniya Bundesliqasının liderliyində Premyer Liqamız 37-cidir
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) oyunbaşına orta hesabla ən çox qol vəziyyəti yaradılan və ən çox qol vurulan futbol çempionatlarını açıqlayıb.
MediaSport.az xəbər verir ki, dünya üzrə 74 turnirin olduğu siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.
Azərbaycan çempionatı bu göstəriciyə görə 37-ci pillədə qərarlaşıb. Premyer Liqanın bu mövsümündə hər matçda ortalama 10,58 qol şansı qeydə alınıb. Hər qarşılaşmada ortalama 2,60 qol vurulub ki, bunların 0,22-si penaltilərin payına düşüb.
Siyahıya Almaniya Bundesliqası (12,96) başçılıq edir. Bundesliqanın geridə qalan turları ərzində hər görüşdə ortalama 3,04 qol qeydə alınıb, bunların 0,22-si penaltilərdən vurulub.