Olimpiya Təsnifat Turniri: Daha 2 boksçumuz mübarizəyə başlayır
İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin iki üzvü 1/32 final mərhələsi çərçivəsində mübarizəyə qoşulacaq.
Təmsilçilərimizdən Ümid Rüstəmov (57 kq) BƏƏ boksçusu Nəvvaf Əlzəhmi ilə qarşılaşacaq.
54 kq-da yarışan Zeynəb Rəhimova isə Əlczair idmançısı Fatma Zöhrə Hadjala ilə qüvvəsini sınayacaq.
Xatırladaq ki, bu raundda ilk təmsilçimiz Nicat Hüseynov (51 kq) dünən hindistanlı Deepak Deepakı məğlub edib.