"Fənərbağça" üçün çətin sınaq, "Beşiktaş" Fransa klubuna qarşı
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində 3-cü tura start veriləcək.
Mediasport.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" Bakıda "Ayaks"ı qəbul edəcək.
"Fənərbağça" doğma azarkeşlər önündə İngiltərə klubu "Mançester Yunayted"lə qarşılaşacaq.
Türkiyənin digər təmsilçisi "Beşiktaş" səfərdə "köhlən atlar"ın da rəqiblərindən olan "Olimpik"in (Lion) qonağı olacaq.
Ağdam təmsilçisiniz digər 2 rəqibi - "Malmö" və "Olimpiakos" İsveçdə münasibətlərinə aydınlıq gətirəcəklər.
"Tottenhem" isə "AZ Alkmaar"ı sınağa çəkəcək.
UEFA Avropa Liqası. Əsas mərhələ. 3-cü tur
24 oktyabr
20:45 "Ayntraxt" (Frankfurt, Almaniya) - RFŞ (Latviya)
20:45 "Midtyulland" (Danimarka) - "Union" (Belçika)
20:45 "Ferensvaroş" (Macarıstan) - "Nitsa" (Fransa)
20:45 "Makkabi" (Təl-Əviv, İsrail) - "Real Sosyedad" (İspaniya)
20:45 PAOK (Yunanıstan) - "Viktoriya" (Plzen, Çexiya)
20:45 "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
20:45 "Roma" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
23:00 "Anderlext" (Belçika) - "Ludoqorets" (Bolqarıstan)
23:00 "Atletik" (İspaniya) - "Slaviya" (Çexiya)
23:00 "Portu" (Portuqaliya) - "Hoffenhaym" (Almaniya)
23:00 "Tvente" (Niderland) - "Latsio" (İtaliya)
23:00 "Fənərbağça" (Türkiyə) - "Mançester Yunayted" (İngiltərə)
23:00 "Olimpik" (Lion, Fransa) - "Beşiktaş" (Türkiyə)
23:00 "Malmö" (İsveç) - "Olimpiakos" (Yunanıstan)
23:00 "Reyncers" (Şotlandiya) - FKSB (Rumıniya)
23:00 "Tottenhem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)