AAF-in vitse-prezidenti Polşada Məhəmməd Caludla görüşdü

AAF-in vitse-prezidenti Polşada Məhəmməd Caludla görüşdü

Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar həmin ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.

Mediasport.az xəbər verir ki, görüşdə ölkəmizdə ağırlıqqaldırma idman növünün perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb, federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.

AAF-ın uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Firdovsi Umudov bu işdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının dəstəyinin önəmini vurğulayıb.

Sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili ətrafında söhbət aparılıb. Görüşün sonunda Firdovsi Umudov Məhəmməd Caluda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının xüsusi hədiyyəsini təqdim edib.