Boksçularımız “BRİCS oyunları"nda tam heyətlə çıxış edəcəklər
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tatarıstanın paytaxtı Kazana yollanıb.
Mediasport.az xəbər verir ki, yığmamız “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışında iştirak edəcək.
Turnirdə komandamız tam heyətlə mübarizə aparacaq. Məşqçilər korpusu BRİCS Sports Games Kazan 2024”də Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Cavid Çələbiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Fəqan Məmmədov (80 kq), Seyid Seyidov (86 kq), Vətən Hüseynli (92 kq) və Yohannes Nuriyevə (+92 kq) şans verəcək.
Xatırladaq ki, turnirdə boks yarışları bu gün başlanacaq və iyunun 22-dək davam edəcək.