Yığmamızdan beynəlxalq yarışda 17 medal - 3 qızıl, 1 gümüş, 13 bürünc
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
mediasport.az xəbər verir ki, yarışda 11 ölkədən 100-dən artıq idmançı gücünü sınayıb. Beş gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.
Digər boksçularımızdan Ucal Musayev, Faiq Mollayev, Eldar Abdullazadə, Azad Cavadzadə, Vaqif Hacıyev, Mirhəsən İbrahimov, Abbasqulu Şadlinski, Rüstəm Neymətov, Rövşən Abbasov, Rza Rzayev, Mircəlal Mirağayev, Fuad Babayev və Məhəmməd Cəfərov isə bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.