Portuqaliyalı "Sabah"dan getdi
Abdulaye Ba "Sabah"la vidalaşıb.
mediasport.az xəbər verir ki, 32 yaşlı Seneqal əsilli portuqaliyalı müdafiəçi məlumatı sosial şəbəkə hesabında təsdiq edib.
Təcrübəli futbolçu Masazır klubu ilə müqaviləsinin başa çatdığına işarə edərək "Sabah"da oynamağın xüsusi və unikal təcrübə olduğunu qeyd edib: "Özümü evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız".
Ba "Sabah"da 2022-ci ildən çıxış edirdi. O, Azərbaycana Portuqaliya təmsilçisi "Aruka"dan gəlmişdi.