AFFA-nın xanım əməkdaşı Avropa çempionatı oyununa təyinat aldı
AFFA-nın uşaq və gənclər üzrə yarışlarının təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq oyuna təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Macarıstan – Qazaxıstan matçında UEFA nümayəndəsi olacaq.
Qarşılaşma sentyabrın 7-də, saat 17:45-də başlayacaq.