Avropa çempionatı: Azərbaycan millisi Bolqarıstanla qarşılaşır
Azərbaycanın qadınlardan ibarət U-19 milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, yığma komandamız Latviyada təşkil olunan raundda Bolqarıstan futbolçuları ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Millimiz qrupun ilk duelində Monteneqroya 0:4 hesabı ilə məğlub olub.
U-19-un son sınağı aprelin 9-da Latviya seçməsi ilə baş tutacaq.