Premyer Liqa təmsilçisi Qəbələdə Küveyt klubu ilə qarşılaşacaq

Premyer Liqa təmsilçisi Qəbələdə Küveyt klubu ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz"in yoxlama oyunları çərçivəsində növbəti rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq.

Matç iyulun 22-də Qəbələ şəhər stadionunda saat 17:30-da start götürəcək.