"Zirə" gözlənilmədən evdə "Araz-Naxçıvan"a məğlub oldu

"Zirə" gözlənilmədən evdə "Araz-Naxçıvan"a məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci tura bu gün yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

Medallara iddialı "Zirə"nin debütant "Araz-Naxçıvan"ı məğlub edərək yenidən ikinci pilləyə qayıtmaq şansı olsa da, Rəşad Sadıqovun komandası gözlənilmədən uduzub.

Turun əvvəlki görüşlərində "Sabah" "Səbail"i (2:0), "Kəpəz" "Qəbələ"ni (1:0), "Nfetçi" "Turan Tovuz"u (3:0), "Sumqayıt" isə "Qarabağ"ı (1:0) məğlub edib.


Azərbaycan Premyer Liqası. 32-ci tur


“Zirə” - "Araz-Naxçıvan” 0:1

Qol: İqor Ribeyru, 89.

Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Azər Əsgərov

Zirə İdman Kompleksinin stadionu, 19:00



1 Qarabağ 32 23 4 5 85-32 73
2 Sumqayıt 32 13 11 8 33-34 50
3 Neftçi 32 14 8 10 43-33 50
4 Zirə 31 13 10 8 29-19 49
5 Sabah 32 14 7 11 46-38 49
6 Səbail 32 11 9 12 47-51 42
7 Turan Tovuz 32 11 9 12 47-47 42
8 Kəpəz 32 9 7 16 37-59 34
9 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
10 Qəbələ 32 4 5 23 23-61 17



Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol

Aleksandr Ramalinqom ("Səbail") - 13 qol

Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol