"Qəbələ"nin 2 üzvü cəzalandırılıb

"Qəbələ"nin 2 üzvü cəzalandırılıb

AFFA İntizam Komitəsi "Qəbələ"nin 2 futbolçusunu cəzalandırıb.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisinin müdafiəçisi İlkin Qırtımov "Araz-Naxçıvan"a 1:4 hesabı ilə uduzduqları Premyer Liqanın X turunun oyununda birbaşa qırmızı vərəqə aldığı üçün növbəti matçda iştirak edə bilməyəcək.

Onun komanda yoldaşı Osama Xalayla ikinci sarı vərəqəni görərək meydandan kənarlaşdırıldığı üçün bir qarşılaşmanı buraxacaq. "Qırmızı-qaralar" oyunçulara görə müvafiq olaraq 800 və 500 manat ödəyəcək.

"Sabah"ın meneceri İlqar İsrafilov da eyni cəzanı alıb. O, hakimin qərarına etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Paytaxt klubu bu səbəbdən 1000 manat ziyana düşüb.