"Sumqayıt" Rumıniya klubuna 3 cavabsız qolla məğlub olub
Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Sumqayıt" ilk yoxlama görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Rumıniyanın "Hermanştadt" klubu ilə qarşılaşıb.
Rumıniyalılar 3:0 hesablı qələbə qazanıblar.
"Gənclik şəhəri" təmsilçisi Türkiyə toplanışı çərçivəsində yanvarın 16-da Özbəkistanın "Soqdiana" klubu ilə üz-üzə gələcək.