2 manat ödə: "Neftçi” - “Kəpəz” oyununu stadiondan canlı izlə

2 manat ödə: "Neftçi” - “Kəpəz” oyununu stadiondan canlı izlə

Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək "Neftçi” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri iticket.az saytından əldə etmək mümkündür.

Biletlər matç günü saat 12:00-dan etibarən “Neftçi Arena”nın kassalarında da satışda olacaq.

Görüş mayın 10-u, saat 19:00-da başlanacaq.