"Qəbələ" bu dəfə debütanta məğlub oldu, "Zirə"dən ardıcıl 2-ci qələbə

"Qəbələ" bu dəfə debütanta məğlub oldu, "Zirə"dən ardıcıl 2-ci qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tur start götürüb.

mediasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib və hər iki matç paytaxtda baş tutub.

Görüşlərdə ilk turu məğlubiyyətlə başa vurmuş və qalib komandalar bir-birinə rəqib olublar.

Naxçıvan şəhər stadionu təmir olunduğundan müvəqqəti Mərdəkandakı "Dalğa Arena"da ev sahibliyi edən "Araz-Naxçıvan" bu dəfə "Qəbələ" ilə qarşılaşıb və mövsümdə ilk qələbəsini qazanıb.

Zirədə isə mövsümə "Qarabağ" üzərində qələbə ilə başlayan qəsəbənin eyniadlı komandası açılış oyununda "Neftçi"yə qalib gəlmiş "Kəpəz"i sınağa çəkib. Rəşad Sadıqovun komandası mövsümdə ardıcıl ikinci qələbəsini təmin edib.

Turun qalan duelləri sabah və birigün oynanılacaq.


Azərbaycan Premyer Liqası. 2-ci tur


12 avqust (şənbə)


18:30. “Araz-Naxçıvan” – “Qəbələ” 2:0

Qollar: İsmail Azzaui, 17, Elvis Maşike, 80.

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev

“Dalğa Arena”


21:00. “Zirə” – “Kəpəz” 1:0

Qol: Qismət Alıyev, 64.

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu


 13 avqust (bazar)


18:30. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov

“Azersun Arena”


 21:00. “Sumqayıt” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov

“Kapital Bank Arena”


14 avqust (bazar ertəsi)


20:00. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Sabuhi Bayramov

“Neftçi Arena”