Qriqorçuk: "Ramil Şeydayev komandamız üçün əla transferdir”
“Düşünürəm ki, Ramil Şeydayev komandamız üçün əla transferdir”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transferi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı mütəxəssis bu keçidin komandanı gücləndirəcəyinə inandığını bildirib:
“Çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur”.
Qeyd edək ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.
Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.