"Turan Tovuz"un panamalı futbolçusundan 14000-ci qol
Premyer Liqanın 6-cı turunun "Sabah" - "Turan Tovuz" oyunundakı 2-ci qol Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub.
Mediasport.az xəbər verir ki, həmin qolun müəllifi qərb təmsilçisinin panamalı futbolçusu Roderik Miller olub.
Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib.
Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.
Ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb.
O, 1992-ci il mayın 3-də keçirilən "Qarabağ" - "İnşaatçı" (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.