"Neftçi" - "Qarabağ" matçının hansı stadionda keçiriləcəyi dəqiqləşdi

"Neftçi" - "Qarabağ" matçının hansı stadionda keçiriləcəyi dəqiqləşdi

“Neftçi" Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qarabağ"la görüşünü doğma ernada keçirəcək.

Mediasport.az xəbər verir ki, bunu mətbuat konfransında klubun media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

O qeyd edib ki, "Neftçi Arena”nın ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi istiqamətində işlər sürətlə həyata keçirilir:

“Ciddi irəliləyiş var. Sentyabrın 20-də “Qarabağ”la oyunu məhz “Neftçi Arena”da keçirəcəyik. Uzun müddətdir stadionda bu məsələ ilə bağlı kiçik işlər aparılıb. Mövsümün əvvəlində də ot örtüyü istənilən səviyyədə deyildi. Sadəcə, ilk matçda azarkeşlərin istəyinə qarşı olmamaq üçün oyunu evimizdə keçirdik”.