Premyer Liqası təmsilçisininin 4 xalı silindi, 18-ci pilləyə düşdü
Futbol üzrə İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest”in 4 xalı silinib.
Mediasport.az xəbər verir ki, klub maliyyə "feyr-pley" qaydalarını pozduğuna görə cəzalandırılıb.
Apellyasiya şikayəti verməyə hazırlaşan Nottingem klubu 21 xalla turnir cədvəlində 18-ci pilləyə düşüb.
Qeyd edək ki, Premyer Liqada mövsümün əvvəllərində "Everton" da analoji cəzaya məruz qalıb.
Liverpul klubu şikayətdən sonra silinən 10 xaldan 4-nü geri qaytara bilib.