ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər
![ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər](https://mediasport.az/uploads/images/202311/image_750x_6568628ba00ad.jpg)
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Mediasport.az xəbər verir ki, bunlar Çiro İmmobile (“Latsio”, 2 qol), Joao Mario (“Benfika”, 3 qol), Hakim Ziyeş (“Qalatasaray”, 2 qol və 1 qol ötürməsi) və Fil Fodendir (“Mançester Siti”, 1 qol və 2 qol ötürməsi).
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermədə müəyyənləşəcək.