Afrika Millətlər Kubokunda Misiri növbəti mərhələyə buraxmadılar!

Afrika Millətlər Kubokunda Misiri növbəti mərhələyə buraxmadılar!

Afrika Millətlər Kuboku turnirində 1/8 final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Qvineya Ekvatorial Qvineyanı (1:0) mübarizədən kənarlaşdırıb.

Turnirin favoritlərindən sayılan Misir gözlənilməz şəkildə Konqoya uduzub (1:1, penaltilər - 7:8).

Bu gün "Qarabağ"ın üzvü Patrik Andradenin çıxış etdiyi Kapo Verde D qrupunu 3-cü sırada tamamlayan Mavritaniya ilə üz-üzə gələcək.

C qrupunu lider bitirən Seneqal A qrupunun üçüncüsü, turnirə ev sahibliyi edən Fil Dişi Sahili ilə qarşılaşacaq.

Afrika Millətlər Kuboku. 1/8 final

21:00 Kapo Verde - Mavritaniya

00:00 Seneqal - Fil Dişi Sahili