Qadın şahmatçılarımızdan Avropa çempionatında böyük uğursuzluq

Qadın şahmatçılarımızdan Avropa çempionatında böyük uğursuzluq

Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı yekunlaşıb.

mediasport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən 14 zəka sahibi uğursuz çıxış edib.

Birinciliyin son günündə yğmamızın 12 üzvündən yalnız Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Ləman Hacıyeva qələbə qazanıblar. Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyeva heç-heçə edib, Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.

Xanım Balacayeva və Mələk İsmayıl isə son turda istirahət ediblər. Yekunda ən yaxşı nəticəyə G.Məmmədova imza atıb. Topladığı 7 xal yarışı 21-ci pillədə tamamlaması ilə nəticələnib.