UEFA "Beşiktaş" - "Makkabi" oyunu ilə bağlı qərarını açıqladı - RƏSMİ
UEFA Avropa Liqasının əsas mərhələsində 4-cü turun "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyunu Türkiyədə baş tutmayacaq.
Mediasport.az xəbər verir ki, UEFA Türkiyə və İsrail arasındakı siyasi münasibətlərə əsasən belə qərar verib.
28 noyabrda keçirilməsi planlaşdırılan oyunun hansı ölkədə keçiriləcəyi hələ məlum deyil.
Xatırladaq ki, İstanbul nəhəngi cari mövsüm Avroliqada keçirdiyi 3 oyunun 2-də uduzub, 1-də qələbə qazanıb.