"Şah" 3 qələbə ilə başladı
Hindistanın Kəlküttə şəhərində şahmat üzrə “Tata Steel İndia” rapid turniri başlayıb.
mediasport.az xəbər verir ki, bu gün start götürən yarışda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov keçirdiyi hər 3 oyundan qələbə ilə ayrılıb.
İlk oyununda qara fiqurlarla hindistanlı Qukeşə qalib gələn "Şah" ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla udub. Günün son matçında amerikalı Uesli Sonu məğlub edən Azərbaycan qrossmeysteri 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.
Qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.