Milli komandalarımız Avropa çempionatında məğlub olublar

Milli komandalarımız Avropa çempionatında məğlub olublar

Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, kişilərdən ibrarət Azərbaycan millisi Yunanıstanla qarşılaşıb və məğlub olub - 1,5:2,5.

Komandamızın heyətində Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli, Nicat Abasov heç-heçə ediblər, Teymur Rəcəbov uduzub.

Xanımlardan ibarət yığma isə Bolqarıstanla bacarmayıb - 1,5:2.5.

Xanım Balacayeva, Gülnar Məmmədova, Günay Məmmədzadə rəqiblərlə xalları yarı bölüblər, Ülviyyə Fətəliyeva isə məğlubiyyətdən qaça bilməyib.

Kişilərdən ibarət milliiz 6, qadınlarımız isə 9 xalda qalıblar.