"Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb - YENİLƏNİB
Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" bu gün Avropa Liqasında tarixi oyuna çıxıb.
Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə pley-offa vəsiqə qazanan Qurban Qurbanovun komandası Portuqaliya səfərində "Braqa"nın qonağı olub.
Azərbaycan çempionu Braqa səfərində tarixi qələbə qazanmaqla cavab oyunu öncəsi ciddi üstünlük əldə edib
Matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Bu komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
UEFA Avropa Liqası. Pley-off. İlk oyun
00:00 "Braqa" (Portuqaliya) - "Qarabağ" 2:4
Qollar: Simon Banza, 44, Joau Moutinyu, 90+1 - Marko Yankoviç, 21, Abdullah Zubir, 55, 69, Olavio Juninyo, 65.
Baş hakim: Morten Kroq (Danimarka)
Braqa, "Munisipal" stadionu.
"Braqa": 1. Mateuş, 2. Viktor Qomes, 15. Paulu Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joau Moutinyu, 18. Vitor Karbalyu, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Calo.
Baş məşqçi: Artur Jorje.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.
Baş məşqçi: Qurban Qurbanov.