Azərbaycan yığması Qazaxıstan millisinə "comeback"lə qalib gəldi
Futbol üzrə Azərbaycan milli komandası Macarıstanda növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığmamız Qazaxıstan futbolçuları ilə qarşılaşıb.
Futbolçularımız matçın gedişində 2 top buraxsalar da, geridönüş edərək qalib gəliblər.
Bu, avro-asiyalılarla tarixdə əsas milli səviyyəsində 13-cü duelimiz olub.
Bunadək baş tutan 12 görüşün yalnız 3-də sevinən tərəf yığmamız olub.
Rəqibinə 5 dəfə uduzan komandamız 4 matçda heç-heçə edib.
Xatırladaq ki, seçməmiz Macarıstan təlim-məşq toplanışı çərçivəsində 2 gün Albaniyaya 1:3 hesabı ilə uduzub.
Beynəlxalq Yoxlama oyunu
18:00. Azərbaycan - Qazaxıstan 3:2
Qollar: Mahir Emreli, 42, Emin Mahmudov, 50-pen, Toral Bayramov, 73 - Yan Voroqovski, Maksim Şamorodov, 28.
Baş hakim: Bence Şonka (Macarıstan)
Sombatxey. “Haladaş" İdman Kompleksinin stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Məşqçi: Arif Əsədov.
Qazaxıstan: 1. Aleksandr Zarutski, 11. Yan Voroqovskiy, 3. Nurali Alip, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassim, 4. Marat Bıstrov, 8. Aşkat Taqibergen (k), 18. Adilet Sadibekov, 7. Ramazan Orazov, 10. Maksim Samorodov, 17. Abat Aimbetov.
Məşqçi: Ruslan Baltiev.