"Qarabağ"ın Almaniya planı
Oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Bayer"in qonağı olacaq "Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Leverkuzenə sabah 19:00-da çarter reysi ilə yola düşəcək.
"Atlılar" yerli "Lindner hotel Bayarena" mehmanxanasında məskunlaşacaqlar.
Oktyabrın 25-i Almaniya vaxtilə saat 18:00-da (Bakı vaxtilə 20:00) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub. "Qarabağ"ın açıq məşqi 19:00-a planlaşdırılıb.
Qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək. Hər iki komanda ilk iki turu qələbə ilə başa vurub.