Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatına yollandılar

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatına yollandılar

Stolüstü tennisçilərimiz böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, milli komandamız bu məqsədlə Avstriyaya yollanıb.

Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 4 tennisçi yarışacaq.

Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihad Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaqlar.

Sabah başlanacaq Avropa çempionatına 20 oktyabrda yekun vurulacaq.